Əsas Səhifə > Economics / Manşet / Üst manşet > “Azərbaycan daha çox Rusiya ilə əməkdaşlığa üstünlük verir” -

“Azərbaycan daha çox Rusiya ilə əməkdaşlığa üstünlük verir” -


10-10-2019, 12:34.
title}
“Azərbaycan daha çox Rusiya ilə əməkdaşlığa üstünlük verir” -


Prezident İlham Əliyevin "Valday” klubunun iclasına qatıldıqdan sonra Baş nazir Novruz Məmmədovun istefa verməsi və Əli Əsədovun bu posta gəlməsi Azərbaycanın xarici siyasətində Rusiyaya doğru istiqamət götürdüyü ehtimalını yaradır.

Bəs Azərbaycanın xarici siyasətində istiqamət Qərbdən Rusiyaya doğru dəyişərsə, nə baş verə bilər?

CİVİLAZERBAİJAN.COM bildirir ki, Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlu Toplum TV-yə deyib ki, Azərbaycanın xarici siyasətində artıq istiqamət çoxdan dəyişib: "Yəni Azərbaycan xarici siyasətdə daha çox Rusiya ilə münasibətlərə üstünlük verir və yaxın qonşu, mehribanlıq şəraitində Rusiya Azərbaycanın ərazisinin güclənməsinə xidmət edir. Bu, son nəticədə Azərbaycanın siyasi baxımdan avtoritarlaşmasını, iqtisadi baxımdan Rusiyadan asılı vəziyyətə düşməsini sürətləndirə bilər. Eyni zamanda Rusiyadan Azərbaycana, xüsusilə də müxalifətə, azad mətbuata, müstəqil adamlara qarşı istifadə ediləcək siyasi texnologiyaların idxalını artıra bilər”.

Ekspert hesab edir ki, bu münasibət yalnız Qarabağ münaqişəsi kontekstində ciddi dəyişikliklərə gətirib çıxarmayacaq, çünki Rusiya bu problemin həllində maraqlı görünmir və hələ də bundan Azərbaycana və Ermənistana qarşı təzyiq vasitəsi kimi istifadə edir: "Bu baxımdan Azərbaycanın Rusiyaya yaxınlaşması, ölkənin Qərbdən bir az da geri çəkilməsi, Avropa Birliyi ilə arasında müqavilənin imzalanmasının ləngidilməsi dövlətimizin maraqlarına cavab vermir. Bu gün Azərbaycan Rusiya ilə yaxınlaşdıqda beynəlxalq inteqrasiya imkanlarından daha az bəhrələnmək məcburiyyətində qalır. Rusiya özü Amerikanın və Avropanın iqtisadi sanksiyasının təsiri altındadır. Bu baxımdan Azərbaycan Rusiya münasibətlərinin yaxınlaşması xarici siyasi kursun şimala istiqamətlənməsi Azərbaycanın iqtisadiyyatına da təsirsiz ötüşməyəcək".

Baş nazirin dəyişdirilməsi Rusiyaya meyillənmə ehtimalı yaratsa da, Qubad İbadoğlu bunun ümumi kadr dəyişikliyinə səbəb olacağını düşünmür: "Hesab etmirəm ki, Baş nazirin dəyişməsindən sonra Nazirlər Kabinetində struktur dəyişikliyi və kadr dəyişikliyi olacaq. Cox güman ki, müavinlər qalacaq. Təbii, Baş nazirin müşavirinin, ofis rəhbərinin dəyişiləcəyini gözləməyə dəyər. Amma Nazirlər Kabinetində siyasi vəzifə daşıyanların fəaliyyətini davam etdirəcəyi gözləniləndir. Yəni prezident sərəncamı ilə vəzifə tutanlar işlərini davam etdirəcəklər. Söhbət Baş Nazirin müavinlərindən gedir. Ümumi ölkə səviyyəsində isə hər hansı ciddi kadr dəyişikliyi gözləmirəm. Nazirlər fəaliyyətini davam etdirəcək".

Qubad İbadoğlunun ehtimalına görə, keçmiş Baş naziri Novruz Məmmədov da işsiz qalmayacaq.

O, dövləti vəzifəyə deyil, hansısa diplomatik vəzifəyə yerləşdirilə bilər: "Ola bilər ki, hansısa ölkəyə səfir göndərilsin və bundan sonrakı fəaliyyətini səfir statusu ilə davam etdirsin. Başqa alternativ görmürəm. İnanmıram ki, Azərbaycan daxilində, xüsusilə də dövlət idarə etməsində Novruz Məmmədova yeni bir iş, vəzifə təklif olunsun".
Geri qayıt