Əsas Səhifə > Economics / Manşet / Üst manşet > Milli Məclis 2020-ci ilin büdcəsini ilk oxunuşda qəbul edib

Milli Məclis 2020-ci ilin büdcəsini ilk oxunuşda qəbul edib


14-11-2019, 01:38.
title}
Milli Məclis 2020-ci ilin büdcəsini ilk oxunuşda qəbul edib


Noyabrın 13-də Milli Məclis “2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsini I oxunuşda qəbul edib.

CİVİLAZERBAİJAN.COM
bildirir ki, layihəyə əsasən, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 135 milyon manat nəzərdə tutulur .

Bunda neft gəlirləri 56,1 faiz, yəni 13,5 milyard manat, qeyri-neft gəlirləri isə 43,9 faiz və ya 10,6 milyard manat təşkil edir.

2020-ci il dövlət büdcəsinin xərcləri isə 26 milyard 913 mln manat nəzərdə tutulur.

Gələn ilə aid layihədə neftin bir bareli 55 dollar götürülüb. Bu ilin büdcəsində isə bu rəqəm 60 dollar olub.

2020-ci ilin dövlət büdcəsi layihəsinin həm gəlirlərində, həm də xərclərində bu illə müqayisədə artım var.

2019-cu ilin budcəsində gəlirlər 23 milyard 168 milyon , xərclər isə 25 milyard 190 milyon manat proqnozlaşdırılıb.
Geri qayıt