Əsas Səhifə > Economics / Manşet / Üst manşet > Belarus Azərbaycan nefti alacaq? -

Belarus Azərbaycan nefti alacaq? -


15-01-2020, 13:56.
title}
Belarus Azərbaycan nefti alacaq? -


Belarus Ukrayna, Polşa, Qazaxıstan, Azərbaycan və Baltikyanı ölkələrə onlardan neft alışına dair kommersiya təklifləri göndərib.

CivilAzerbaijan.com
Turan-a istinadla xəbər verir ki, bu barədə yanvarın 14-də Belarus baş nazirinin birinci müavini Dmitri Krutoy bildirib.

“Bizim zavodların, neft şirkətlərinin bütün kommersiya xidmətləri demək olar ki, gündəlik rejimdə danışıqlar aparırlar. Düşünürəm ki, tezliklə konkret neft nəqli üçün alternativ variantlar alacağıq”, - Belarus baş nazirinin birinci müavini əlavə edib.

Qeyd edək ki, 2020-ci ilin əvvəlindən Belarus NEZ-ləri üçün əsas neft təchizatçısı – RF və Belarus arasında nəqliyyat və tranzit tariflərinin dəyişdirilməsi ilə bağlı müzakirələr gedir.

Belarus hesab edir ki, RF ona nefti dünya qiymətindən baha satır, RF isə bunu inkar edir.

Ötən həftə Belarus prezidenti Aleksandr Lukaşenko öz ölkəsinin ərazisi ilə neft və neft məhsullarının tranzitinə ekoloji verginin tətbiqinə dair sərəncam imzalayıb və bunu 2019-cu ildə Belarusun çirklənmiş Rusiya neftindən əziyyət çəkməsilə əsaslandırıb. Neft bu ölkə vasitəsilə “Dostluq” kəmərilə Avropaya nəql edilib.

“Magistral neft kəmərində qəza və ya neft və neft məhsullarının Belarus ərazisindən keçməsi ilə əlaqədar gözlənilməz hallar zamanı mümkün ekoloji nəticələrin aradan qaldırılması üçün pul vəsaitinin mənbəyini formalaşdırmaq məqsədilə 2020-ci ilin yanvarından neft və neft məhsullarının nəqlini həyata keçirən təşkilatlar üçün 50% həcmində mənfəət vergisi dərəcəsi müəyyən edilib”, - Belarus prezidentinin mətbuat xidməti bildirib.

“Bundan əlavə, neft və neft məhsullarının Belarus ərazisindən magistral boru kəmərləri ilə tranzit nəqli ekoloji vergitutma obyekti kimi qəbul edilib”, - mətbuat xidməti əlavə edib.

RF neft bazarındakı mənbələr bildiriblər ki, Belarus tərəfi rüsumsuz neft nəqlinin qiymətindəki mükafatın ləğvinə çalışır və bunu RF neft sektorunda vergi manevrinin həyata keçirilməsi ilə əlaqədar xammalın bahalaşması ilə əsaslandırır.

Bununla yanaşı, Rusiyanın iki şirkəti – “Russneft” və “Neftisa” bu həftənin əvvəlindən və yanvar ayı ərzində Belarus “Naftan” NEZ və “Mozırsk” NEZ-ə boru kəməri ilə 650 min ton, dəmir yolu ilə 100 min ton neft nəql etməyi planlaşdırırdılar. Bu neftin qiyməti neftin dünya qiymətinin 83%-i dəyərində olacaq.

Çox güman ki, Belarus tərəfi RF-da böyük preferensiyalar əldə etmək istəyir və buna görə də həm AİB, həm də MDB iştirakçısı olan digər neft ölkələrinə müraciət edib.

AZƏRBAYCANIN ŞƏRHLƏRİ

“Belarus NEZ nümayəndələri bizim treyderlərlə görüşüblər. Belarus tərəfi bizim qiymət səviyyəmiz barədə məlumatlandırılıb və ticarət şərtlərimizin ona uyğun olub- olmadığını düşünür”, - Azərbaycan Dövlət Neft Şirkətindəki (SOCAR) mənbə bildirib.

Onun sözlərinə görə, qiymət oriyentiri kimi “AzeriLight”ın dünya bazarındakı qiyməti göstərilib. Hazırda “AzeriLight”ın bir bareli $70-ə yaxın satılır.

2019-cu ildə dünyada neftin 2018-ci ilin göstəricisinə nisbətən ucuz satıldığını nəzərə alsaq, “AzeriLight” markalı Azərbaycan neftinin orta qiyməti 2018-ci ildəki $73,3 / barelə qarşı $66,79 təşkil edib.

Belarus NEZ 18 çeşiddə neft emal edə bilir.

SOCAR-dakı mənbə xatırladıb ki, texniki baxımdan Azərbaycanın Belarusa neft nəql etmək təcrübəsi var.

“Ukrayna ərazisilə “Mozırsk” NEZ-ə neft nəql etmək təcrübəmiz var. 2011-ci ildə bu Belarus zavoduna 1 mln. tona yaxın, 2016-cı ildə 80 min ton nəql etmişik. Logistika sınaqdan keçirilib, ancaq düşünürəm ki, hər şey iqtisadiyyatdan asılı olacaq”, - SOCAR-dakı mənbə qeyd edib.

Eyni fikri müstəqil Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da bölüşür.

“Bir neçə il öncə Belarus NEZ-ə SOCAR Trading-dən təchizatlar olub. Bundan ötrü “Dostluq” kəməri ilə kəsişən “Odessa-Brodı” boru kəmərindən, həmçinin dəmir yolu marşrutundan istifadə edilib. Ancaq burada vacib bir məqam var ki, Minsk Azərbaycanın “AzeriLight” markasını almayıb, sadəcə, nəqli SOCAR Trading həyata keçirib”, - İ.Şaban qeyd edib.

Onun fikrincə, Azərbaycan neftini almaq Belarusa sərfəli olmayacaq, çünki “AzeriLight” çox bahadır (etalon Brent markasından da baha).

“Bundan əlavə, 2019-cu ilin sonlarından Aİ neftdəki kükürdün miqdarı ilə bağlı ekoloji tələbləri sərtləşdirib. “AzeriLight”da kükürd 0,3%-dən çox deyil ki, bu da bizim markanı bahalı edir və Belarus üçün bu, digər variantlarla müqayisədə daha bahalı ola bilər. Ola bilsin ki, Belarus ölkə üçün əlverişli xammal axtarışında SOCAR Trading-in yardımına ümid edir ”, - İ.Şaban vurğulayıb.

Avropada Azərbaycan neftinin əsas alıcısı İtaliya NEZ-dir. Vaxtaşırı Çexiya, Polşa, Hindistan, Çin və digər ölkələrin NEZ-ləri də onu alır.
Geri qayıt