Əsas Səhifə > Economics > Rusiyada işləmək istəyən azərbaycanlılara şad xəbər
Rusiyada işləmək istəyən azərbaycanlılara şad xəbər6-04-2017, 04:00. |
Sankt-Peterburq azərbaycanlı istehsalçılar üçün Həsən bazarında pulsuz yerlər ayırmağa hazırdır. SİVİL.AZ xəbər verir ki, Trend-in məlumatına görə, Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovla görüşü zamanı Sankt-Peterburq qubernatoru Georgi Poltavçenko deyib. G.Poltavçenko qeyd edib ki, Sankt-Peterburqla Azərbaycan arasında ticarət dövriyyəsi azalıb. 2016-cı ildə ticarət dövriyyəsi 69,5 milyon dollar təşkil edərək 2015-ci ilin göstəricisi ilə müqayisədə 24 faiz azalıb. Bununla belə, Azərbaycandan idxal həcmi artıb. Sankt-Peterburq Azərbaycandan əsasən tərəvəz və bitki kökləri, meyvə və fındıq, eləcə də qara metallar alır. Geri qayıt |