Əsas Səhifə > Economics / Melange / Manşet / Üst manşet > Samir Şərifovdan 190 manatın yenidən verilməsi təklifinə

Samir Şərifovdan 190 manatın yenidən verilməsi təklifinə


19-06-2020, 13:25.
title}
Samir Şərifovdan 190 manatın yenidən verilməsi təklifinə


"Aprel və may aylarında sahibkarlara, əhaliyə verilən dəstək sonradan ona görə kəsildi ki, karantin rejimi formasını dəyişdi. Biz yenidən karantin rejiminin əvvəlki formasına qayıdırıqsa, bir neçə istiqamətdə işlərimizi sürətləndirməliyik".

CivilAzerbaijan.com
bildirir ki, bunu Milli Məclisin bu gün, iyunun 19-da keçirilən plenar iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, aprel-may ayında verilən 190 manatlıq birdəfəlik ödəniş iyun və iyul ayında da verilməlidir: "Pandemiyada əziyyət çəkən sahələrə də iyun və iyul aylarında ödəniş edilməsi vacibdir".

Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən karantin elan edilib. Karantin aprelin 27-dən mərhələlərlə yumşaldılıb və əksər iş və xidmət sahələrinin fəaliyyətinə icazə verilib.

Aprel-may aylarında işsiz və karantin dövründə işsiz qalan 600 min insana 190 manat yardım verildiyi açıqlanıb. Ümumilikdə ölkədə pandemiyanın biznesə, sahibkarlara və məşğulluğa vurduğu ziyanın aradan qaldırılması üçün 3.5 milyard manatlıq sosial paket həyata keçirildiyi açıqlanıb. Hərçənd, müstəqil iqtisadçılar bu rəqəmə şübhə edirlər, AzadlıqRadiosunun məlumatında qeyd olunur.

Son aylar Azərbaycanda koronavirusa yoluxmada yenidən artım müşahidə edilir. Bununla bağlı Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Cəlilabad, Masallı şəhərlərində və Abşeron rayonunda iyunun 21-i saat 00.00-dan iyulun 5-i saat 06.00-dək ciddi karantin rejiminin tətbiq ediləcəyi gözlənir. Bu zaman SMS-lə icazə xidməti yenidən istifadəyə veriləcək, ictimai iaşə obyektlərində yerində xidmətlər dayandırılacaq.

"Əli Məsimlinin qaldırdığı məsələlər hökumətin və dövlət başçısının diqqətindən kənarda deyil". Bunu Milli Məclisin iyunun 19-da keçirilən iclasında Maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, təxirə salınmadan müvafiq qərarlar qəbul ediləcək.
Geri qayıt