Əsas Səhifə > Economics / Melange / Manşet / Üst manşet > AMEA-nın sabiq İşlər müdiri ilə şirkət rəhbəri istintaqa cəlb olunub -
AMEA-nın sabiq İşlər müdiri ilə şirkət rəhbəri istintaqa cəlb olunub -4-07-2020, 16:04. |
Azərbaycan Milli Elmlər Akdemiyasının (AMEA) İşlər İdarəsində korrupsiya faktları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən yoxlamaların aparıldığı bildirilir. CivilAzerbaijan.com bildirir ki, bu barədə Arqument.az-a AMEA-dakı mənbələrdən məlumat verilib. Yoxlamalara səbəb isə son 2 il ərzində akademiyanın nəzdində fəaliyyət göstərən institutların təmiri üçün ayrılan milyonlarla dövlət vəsaitinin təmir adı altında mənimsənilməsi göstərilir. Məlumata görə, AMEA-nın İşlər İdarəsinin keçmiş müdiri Fətəli Abdullayev həmkəndlisi və qohumu Nuriyev Əli Lətif oğlunun rəhbərlik etdiyi "Lətifoğlu" MMC-yə 2017-ci ildən indiyədək dövlət satınalmaları yolu ilə milyonlarla tenderlər verib. Bu tenderlərin böyük əksəriyyətinə ayrılan pulların mənimsənildiyi, işlərin isə yarımçıq qaldığı deyilir. Qeyd edilir ki, "Lətifoğlu" MMC şirkəti 2017-ci ilin oktyabr ayından 2019-cu ilin fevral ayınadək AMEA-nın İşlər İdarəsinin 31 satınalmasının qalibi elan edilib. AMEA-nın İşlər İdarəsi tərəfindən "Lətifoğlu" MMC-yə ayrılan vəsaitlər isə ümumilikdə 3 milyon manata yaxındır. Məlumata görə ayrılan vəsaitlər əsasən Nabatat bağının, Zoologiya İnstitutunun, Biofizika, Torpaqşünaslıq və digər institutların laborotoriyalarının təmiri üzrə silinib. "Lətifoğlu" MMC-nin hazırda dövlətə olan vergi borcu isə 52.872 manat təşkil edir. AMEA-dan yoxlamalarla bağlı suala cavab almaq mümkün olmayıb. Geri qayıt |