Əsas Səhifə > Economics / Melange / Manşet / Üst manşet > AKİA-da daha bir müəmma: media ilə bağlı satınalma "fermer"ə verilir

AKİA-da daha bir müəmma: media ilə bağlı satınalma "fermer"ə verilir


6-07-2020, 19:47.
title}
AKİA-da daha bir müəmma: media ilə bağlı satınalma "fermer"ə verilir


Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Aqrar Kredit İnkişaf Agentliyi (AKİA) sifarişçi olduğu daha bir satınalmaya yekun vurub. Qurumun əvvəlki satınalmalarının əksəriyyətində olduğu kimi, bu satınalmanın qalibi elan edilən şirkətin nazirliyə yaxın şəxs olduğu deyilir.

CivilAzerbaijan.com
Arqument.az-a istinadla xəbər verir ki, AKİA-nın "mətbuatda elan, bildiriş və reklamların verilməsi, reklam məqsədli təbliğat-təşviqat xarakterli video və audio materialların hazırlanması və yayılması, məlumatlandırıcı videoçarxların çəkilməsi işlərinin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 33.800 manat, qalibi isə "Jugaad" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

AKİA-da daha bir müəmma: media ilə bağlı satınalma "fermer"ə verilir


10 manat nizamnamə kapitalı olan "Jugaad" MMC 2018-ci ildə təsis edilib. Şirkətin qanuni təmsilçisi İlyasov Pərviz Əfqan oğludur.

"Jugaad" haqqında məlumatlara gəlincə, şirkətin rəqəmsal marketinq agentliyi kimi fəaliyyət göstərdiyi bildirilir. Şirkətin rəsmi saytında bu barədə yazılır: ""Jugaad" şirkətinin yaradıcısı kimi, Pərviz Azərelli artıq 10 ildir ki, rəqəmsal marketinq, marketinq strategiyaları, liderşip, satış konsultasiyaları və menecment təcrübəsinə malikdir".

AKİA-da daha bir müəmma: media ilə bağlı satınalma "fermer"ə verilir


Pərviz İlyasov həm də Azərbaycan Fermerlər Assosasiyasının sədridir. O, 2018-ci ildən Azərbaycan Fermerlər Assosasiyasını təsis edib.

2019-cu ildə mediaya açıqlamasında isə bildirib ki, Kənd Təsərrüfatı Nazirliyindən dəstək və qayğı görürük.

AKİA-da daha bir müəmma: media ilə bağlı satınalma "fermer"ə verilir


Buradan belə anlaşılır ki, AKİA-nın sifarişçi olduğu sözügedən satınalma Pərviz İlyasovun KTN-lə ilk işbirliyi deyil. Bundan başqa, Pərviz İlyasov sədri olduğu Azərbaycan Fermerlər Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Kənd Təsərrüfatı Nazirliyi ilə birgə keçirdiyi qrant müsabiqəsinin qalibi olub.

AKİA-da daha bir müəmma: media ilə bağlı satınalma "fermer"ə verilir


"Fermerlərin Yeni Subsidiya Qaydaları Haqqında Maarifləndirilməsi" layihəsi üzrə Pərviz İlyasovun təşkilatına 7900 manat ödənilib.

Ötən il AKİA sifarişçi olduğu 1.278.977 manatlıq tenderi Agentliyin tabeliyində fəaliyyət göstərən AMAL-ın (Aqrar Məşğulluğun Artırılması Layihəsi) rəhbəri Nəbiyev Elvin Bahəddin oğlunun şirkətinə verməsi ilə gündəmə gəlmişdi. Lakin nə Kənd Təsərrüfatı Nazirliyi, nə də AKİA bu satınalma və tenderlərlə bağlı sorğularımızı ətraflı cavablandırmadı.

AKİA-da daha bir müəmma: media ilə bağlı satınalma "fermer"ə verilir


Bununla yanaşı, AKİA-nın rəhbəri Mirzə Əliyevin qurumun sifarişçi olduğu satınalmaları məmurlara məxsus olan, rəhbərlərinin yüksək vəzifəli məmurlarla xüsusi münasibətləri olan şirkətlərə verməsi ciddi suallar doğrusa da, indiyə qədər qurum bununla bağlı cəmiyyətə əsaslı bir açıqlama verə bilməyib.
Geri qayıt