Əsas Səhifə > Economics / Üst manşet > Cavid Qurbanov xarici şirkətə kələk gəlib -
Cavid Qurbanov xarici şirkətə kələk gəlib -24-08-2020, 12:39. |
Cavid Qurbanovun sədri olduğu "Azərbaycan Dəmir Yolları” QSC xarici şirkətə kələk gəldiyi üçün məhkəməyə verilib. CivilAzerbaijan.com bildirir ki, bu barədə aztoday.az məlumat yayıb. Məlumata görə, Çexiyanın "ROBERTSON & BLUMS” CORPORATİON by RBC Group şirkəti "Azərbaycan Dəmir Yolları” QSC-dən 650 min dollar tələb edir. Səbəb isə Cavid Qurbanovun rəhbərlik etdiyi dövlət şirkətinin imzaladığı müqavilənin şərtlərinin kobud şəkildə pozulmasıdır. Məlumata görə, Cavid Qurbanov məhkəmədə uduzacağını və Çexiya şirkətinin tələb etdiyi məbləği ödəmək məcburiyyətində qalacağını bildiyi üçün prosesi uzatmağa çalışır. "Cavid Qurbanovun rəhbərlik etdiyi QSC-nin xarici şirkətlərlə yaşadığı problemlər hakimiyyəti də narahat etməlidir. Çünki xarici investisiyaların ölkəyə cəlbində ən böyük amillərdən biri də dövlət şirkətlərinin öhdəliklərinə nə dərəcədə əməl etməsi ilə bağlıdır. Şübhəsiz ki, Çexiya şirkəti ilə "Azərbaycan Dəmir Yolları” QSC arasında yaşanan qalmaqal xarici mediaya da çıxacaq. Onda Cavid Qurbanovun Azərbaycanın imicinə vurduğu zərbələri təsəvvür etmək çətin olmaz", - məlumatda bildirilir. Geri qayıt |