Əsas Səhifə > Economics / Melange / Manşet / Üst manşet > Metro nə vaxt açılır? -

Metro nə vaxt açılır? -


29-08-2020, 13:12.
title}
Metro nə vaxt açılır? -


"Avqustun 5-dən yumşalmalara gedilir”.

CivilAzerbaijan.com
bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Yerli KİV-in məlumatına görə, H. Hacıyev deyib ki, bu günkü yumşalmalar hər kəsi sevindirir: "Amma açılmalarla, yumşalmalarla əlaqədar müəyyən artımlar baş verə bilər. Bəzi yerli klastrlarda artımlar meydana çıxır. Bu kimi hallar bizi ehtiyatlı olmağa vadar edir. Məsələn, bu günlərdə Şirvan şəhərində xəstəxanada belə bir ocaq aşkarlandı və lokal karantin mexanizminin tətbiqinə üstünlük verildi. Bu, onu göstərir ki, virusun hər zaman müəyyən klastrlarda alovlanması baş verə bilər”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, məktəblərin açılması da bir valideyn kimi hamını sevindirir: "Ancaq hamının qaydalara riayət etmək öhdəliyi var”.

H. Hacıyev nəzərə çatdırıb ki, Bakı, Sumqayıt şəhərləri və Abşeronda məhdudiyyətlər davam edəcək: "Bu məntəqələrdə yayılma tendensiyası daha yüksək səviyyədədir. Bu da rayonlararası əlaqələrə təkrar baxılmasını gündəmə gətirir. Metropolitenin fəaliyyəti də müzakirə mövzusudur. Məktəblərin açılması ilə əlaqədər tələbə və şagirdlərin metrodan istifadəsi ilə bağlı metropolitenin açılması müzakirə olunur, potensial risklər qiymətləndirilir. Bu barədə qərarlar qəbul ediləndə ölkə ictimaiyyətinə məlumat veriləcək".
Geri qayıt