Əsas Səhifə > Economics / Melange / Üst manşet > QHT Şurası rüşvətə görə həbs edilən dekan müavininə qrant ayırıb -
QHT Şurası rüşvətə görə həbs edilən dekan müavininə qrant ayırıb -27-09-2020, 02:25. |
2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası maliyyə ayırdığı QHT-lər arasında “İnsan Hüquqları və Vətəndaş Cəmiyyəti Naminə” İctimai Birliyinin təqdim etdiyi “Ödənişsiz hüquqi məsləhət günləri təşəbbüsü” adlı layihə insanlar tərəfindən birmənalı qarşılanmayıb. CivilAzerbaijan.com Reportyor.info-ya istinadla xəbər verir ki, məsələ sosial şəbəkələrdə ciddi müzakirəyə səbəb olub. Həmin vaxt Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası “İnsan Hüquqları və Vətəndaş Cəmiyyəti Naminə” İctimai Birliyinin 7 min manat qrant ayırmişdı. Şuranın bu qərarına etiraz edənlər bildirirlər ki, bu təşkilatın sədri kimi təqdim olunan Məhəmməd İmanlı 2012-ci ildə dələduzluq maddəsi ilə həbs olunan BDU hüquq fakültəsinin sabiq dekan müavinidir. Bildirilir ki, Azay Quliyev Məhəmməd İmanlıya yenə “yaşıl işıq” yandırıb. “Vətəndaşların hüquqi maarifləndirilməsi” layihəsinə görə onun QHT-sinə 40 min manat ayrılıb. Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakultəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 05 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanmışdı. Məhkəmə Məhəmməd İmanlının ittiham olunduğu CM 311.3.3-cü maddəsinin həmin məcəllənin 178.3.2-ci (dələduzluq) maddəsinə tövsif edilməsi barədə qərar qəbul edib və onun 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarmışdı. Geri qayıt |