Əsas Səhifə > Economics / Melange / Manşet / Üst manşet > 2021-ci ilin dövlət büdcəsi qəbul edilib
2021-ci ilin dövlət büdcəsi qəbul edilib29-12-2020, 14:35. |
Milli Məclisin bu gün - 29 dekabrda keçirilən iclasında 2021-ci il dövlət və icmal büdcənin layihələri müzakirəyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. CivilAzerbaijan.com bildirir ki, büdcənin təqdimatından sonra müzakirələr olub. Hökumət üzvləri deputatların birinci və ikinci oxunuşda qaldırdığı məsələlərə münasibət bildirib. Müzakirələrdən sonra 2021-ci il dövlət və icmal büdcənin layihələri səsverməyə qoyularaq qəbul edilib. 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427,0 mln. manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6%-i həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 mln. manat və yaxud 5,4%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 mln. manat və yaxud 5% çoxdur. 2021-ci il dövlət büdcəsinin xərcləri 28 543,0 mln. manat (ÜDM-də xüsusi çəkisi 37,7%) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 050,8 mln. manat və ya 3,8%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 mln. manat və ya 16,9% çoxdur. Geri qayıt |