Əsas Səhifə > Economics / Melange / Manşet / Üst manşet > Əli Həsənovun ailəsinə məxsus 6 şirkət ləğv olundu
Əli Həsənovun ailəsinə məxsus 6 şirkət ləğv olundu13-01-2021, 14:35. |
Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus "Bakı 24”, "Kaspi AZ”, "Mətbuat Evi”, "Golden Prince”, "Global Advertisment” MMC-lər, eləcə də "Kaspi Co” MTK ləğv olunduğunu elan edib. CivilAzerbaijan.com bildirir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər” qəzeti elan yayıb. Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanına bildirə bilərlər. Repotun məlumatında qeyd olunur ki, adları çəkilən kommersiya qurumlarına əsasən, Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir. Geri qayıt |