Əsas Səhifə > Economics / Melange / Manşet / Üst manşet > Mübariz Mənsimov həbsdən azad oluna bilər: prokurorluq təqdimat verdi

Mübariz Mənsimov həbsdən azad oluna bilər: prokurorluq təqdimat verdi


4-03-2021, 13:08.
title}
Mübariz Mənsimov həbsdən azad oluna bilər: prokurorluq təqdimat verdi


Azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov həbsdən buraxıla bilər. İstanbul prokurorluğu onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, polis nəzarətində olmaqla, azadlığa buraxılması haqda təqdimat verib.

CivilAzerbaijan.com
bildirir ki, prokurorluğun təqdimatında göstərilib ki, məhkəmə prosesinin gəldiyi mərhələni, verilən ittiham üzrə nəzərdə tutulan cəzanı, həbsdə olduğu müddəti, bundan əvvəl cinayətə görə şübhəli və ya təqsirləndirilən şəxs olmamasını nəzərə alaraq, onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi məqsədəuyğun hesab edilir. Prokurorluq təqdimatda həmçinin Mübariz Mənsimovun həbsdən buraxılacağı təqdirdə, onun ölkədən və müəyyən edilmiş ərazidən çıxışına qadağa qoyulması şərtini də irəli sürüb.

Fətullah Gülən və onun təşkilatı ilə əlaqədə ittiham olunan Mübariz Mənsimovun işinə İstanbul Ağır Cəza Məhkəməsində baxılır. Sonuncu məhkəmə iclası yanvarın 13-də keçirilmiş və proses martın 5-nə qədər təxirə salınmışdı. Martın 5-də keçiriləcək növbəti məhkəmə iclasında prokurorluğun təqdimatına baxılıb qərar veriləcəyi gözlənilir.

Yanvarın 13-də keçirilən məhkəmədə azərbaycanlı iş adamı ittihamların yalan olduğunu bildirmişdi: “Mən heç vaxt FETÖ-çü (Fətullah Gülən Terror Örgütü) olmadım, deyiləm, ola da bilmərəm. Həbsdən buraxılmağımı istəyirəm. Mən heç zaman dövlətin iradəsinə zidd addım atmamışam. Tam əksinə, bütün şirkətlərimi Türkiyəyə gətirmişəm. Mənim 10 aydır həbsdə saxlanmağım şirkətimi müflis olmaq həddinə çatdırıb. O gəmilərdə qalan gəmiçilərin nə günahı var? Onlar maaş ala bilmir, ailələri pis vəziyətdədir. Orada işləyən azərbaycanlılar və türklərdir. “Palmali”nin iflasa uğraması türk markasının yox olması deməkdir. Mənim şirkətim dünyada 5-ci sırada dayanırdı. Bu bir türk markası idi. Mən bir an öncə işimin başına keçməliyəm, cənab hakim! Mənə heç kim FETÖ damğası vura bilməz. Mənim onlara necə nifrət ediyimi hamı bilirdi. Mən onlara heç zaman xidmət etməmişəm, etmərəm də! Elə olsaydı, bu günə qədər o təşkilata hansısa, məktəb, xəstəxana hədiyyə edərdim. Amma mən bunların hamısını tikdirib dövlətə təslim etmişəm”.

Meydan TV-nin məlumatında qeyd olunur ki, Türkiyə vətəndaşı olan Mübariz Mənsimov 2020-ci il martın 15-dən həbsdədir. O, həbs olunduğu ilk vaxtlarda yaydığı açıqlamada baş verənlərə görə Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevi ittiham edirdi.

Rövnəq Abdullayev isə Türkiyənin “Mgtv” kanalına açıqlamasında bu barədə səslənən fikirləri “əsassız yalan” adlandırıb. O bildirib ki, “Palmali” qrupu SOCAR-a qarşı olan maliyyə öhdəliklərini yerinə yetirməkdən imtina etdiyinə görə 2018-ci ildə Londonda və Dubayda arbitraj prosesləri başlayıb.
Geri qayıt