Əsas Səhifə > Economics / Melange / Üst manşet > Zərərlə işləyən Bakı metrosunun rəisi necə varlandı?

Zərərlə işləyən Bakı metrosunun rəisi necə varlandı?


2-07-2021, 13:11.
title}
Zərərlə işləyən Bakı metrosunun rəisi necə varlandı?


Rəsmi məlumatlara əsasən, "Bakı Metropoliteni” QSC 2020-ci ili 83,543 milyon manat zərərlə başa vurub.

Səhmdar cəmiyyətin yığılmış zərəri 565,24 milyon manata çatıb, həmçinin şirkətin 2019-cu ildə xərci 179 milyon manatdan, 2020-ci ildə 176 milyon manatdan çox olub.

Ötən il xərclərin az olması metroda uzun müddət sərnişindaşıma xidmətinin həyata keçirilməməsi ilə bağlıdır. Əgər metro ilboyu sərnişinlərə xidmət göstərsəydi, o halda, xərclər 180 milyon manatı ötəcəkdi.

Zərərlə işləyən Bakı metrosunun rəisi necə varlandı?


Bildirilir ki, şirkət 2019-cu ildə 74,6 milyon manat, 2020-ci ildə 25,16 milyon manat gəlir əldə edib.

2019-cu ildə gəlirin 68,9 milyon manatı sərnişindaşımadan, 5,7 milyon manatı əməliyyat gəlirlərindən ibarət olub. Gəlir və xərclər arasında olan fərq çox böyükdür. Bütün bunlara rəğmən isə, metronun rəisi yüzminlərlə dəyəri olan maşınlarda gəzir.

Zərərlə işləyən Bakı metrosunun rəisi necə varlandı?


Bloger Mehman Hüseynov bu istiqamətdə araşdırma aparıb. Belə ki, onun araşdırmalarına görə, Bakı Metropoliteninin rəisi Zaur Hüseynov vəzifəsinə təyin ediləndən (2014-cü il) 1 il sonra, yəni 2015-ci ildə onun həyat yoldaşı özünə qiyməti 150.000 AZN "Porsche Cayenne” alıb (90-LL-090).

Onun oğlu Həbib Hüseynov isə həmin vaxtlar "Chevrolet Camaro” markalı maşından istifadə edirdi (90-HH-090).

Məlumata görə, 2018-ci ildə metroda gediş haqqı artırılanda Zaur Hüseynovun oğlu Həbib Hüseynov artıq maşınını dəyişdirib, özünə yeni "Mesrsedes Benz G63 AMG” almışdı. Bakı küçələrində yenə özünə məxsus nömrə nişanı ilə gəzir (90-HH-090).

Zərərlə işləyən Bakı metrosunun rəisi necə varlandı?


2020-ci ildə Zaur Hüseynovun şəxsi maşınının qiyməti 255.000 AZN olan "Range Rover Velar Byron” markalı 90-ZZ-090 dövlət nömrəli maşındır. Həyat yoldaşı 2020-ci ildə qiyməti 240.000 AZN olan "Range Rover” maşını sürüb, 2021-ci ildə isə özünə 300.000 AZN-lik "Porsche Cayene turbo S” alıb, yenə də özünə məxsus 90-LL-090 nömrə ilə.

Bloger bildirib ki, etropoliten rəisinin aylıq maaşı 1300 AZN-dir.

Zərərlə işləyən Bakı metrosunun rəisi necə varlandı?

Geri qayıt