Əsas Səhifə > Economics / Melange / Üst manşet > KOBİA-nın kababxana fiaskosu – FOTO

KOBİA-nın kababxana fiaskosu – FOTO


7-09-2021, 09:07.
title}


"Kiçik və Orta Biznesin inkişafı Agentliyinin dəstəyi ilə ötən il Vətən müharibəsi ərəfəsində Sahil bağında inşa edilən kababxana sökülüb".

CivilAzerbaijan.com
bildirir ki, bu barədə tanınmış yazıçı Səfər Alışarlı feysbuk səhifəsində yazıb:

“Keçən il müharibənin qızğın günlərində cəbhədə oğullarımız vətən uğrunda həlak olarkən Bakıda Sahil bağında işbaz rüşvətbazlar özləri üçün şıdırğı restoran tikirdi. Qan ağlayan ölkənin gözü qarşısında bu, təkcə cinayət deyildi, mənəvi deqradasiyanın bariz təbliği idi. Özü də, görünürdü ki, rüşvəti alan belə göstəriş vermişdi ki, neçə ki cəbhədən şəhidlər gəlir, bütün ölkə, rəhbərlik onlarla məşğuldur, siz də çalışın o müddətə işi yekunlaşdırın.

Sahil bağı paytaxtda kabab iyi verməyən yeganə bağdır. Buradan keçəndə adam xəcalət çəkmir. Bakıda ikinci belə bağ yoxdur. Məsələn, baxın 9 Yanvar bağını, Fəvvarələr meydanını, Nərimanov bağını, Atatürk prospektinin yaşıl zolağını, Bulvarı nə günə salıblar. Adam oradan keçməyə peşman olur. Mən isə həmin günlərdə bu şəkli fb-də paylaşıb sözümü qısaca demişdim.

Çoxdandır o yana yolum düşmürdü, bu gün gördüm ki, söküblər, yerində qazonu bərpa ediblər. Bağda daimi işləyən fəhlələrdən soruşdum. Üzbəüz beşmərtəbədə balkonu göstərib dedilər ki, bax o balkonun yiyəsinin şikayətilə restoranı sökdülər. Sevindim ki, hələ bu şəhərdə yaşamağa dəyər. Hər kim sökdürübsə, atasına rəhmət!”.

Qeyd edək ki, KOBİA ötən il sosial şəbəkələrdə ciddi şəkildə qınağa səbəb olmuş layihənin maliyyələşdirilməsi iddiasına münasibət bildirməmişdir.


Geri qayıt