Əsas Səhifə > Economics / Melange / Manşet / Üst manşet > ABŞ-dan Rusiya və Belarusa qarşı yeni sərt sanksiyalar PAKETİ
ABŞ-dan Rusiya və Belarusa qarşı yeni sərt sanksiyalar PAKETİ3-03-2022, 16:16. |
Çərşənbə günü Bayden administrasiyası Putinin Ukraynaya təcavüzü ilə əlaqədar Rusiyaya və onun müttəfiqi Belarusa əlavə sanksiyalar elan edib. CivilAzerbaijan.com bildirir ki, bu barədə Turan-ın Vaşinqton müxbiri məlumat verib. "Bizim koordinasiyamız nəticəsində Rusiya qlobal iqtisadi və maliyyə baxımdan kənarlaşmış vəziyyətə düşdü... Putin eskalasiyaya davam etdikcə biz də bunu davam etdirəcəyik", - Ağ Evin bəyanatında deyilir. Yeni tədbirlər arasında Rusiya Silahlı Qüvvələri üçün hərbi təyyarələr, piyada döyüş maşınları, elektron döyüş sistemləri, raketlər və pilotsuz uçuş aparatları istehsal edən 22 müdafiə şirkətinə qarşı sanksiyalar da var. Bugünkü sanksiyalara aşağıdakılar daxildir: *Rusiyaya texnologiya və proqram təminatını göndərə bilməməsi üçün Belarusa texnoloji malların göndərilməsinə qadağa. Bu, Rusiya və Belarusun Ukraynaya qarşı təcavüzü dəstəkləmək imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq. *Rusiya müdafiə müəssisələrinin tam bloklanması. Bu, silahların hazırlanmasını və istehsalını xeyli çətinləşdirəcək. Ümumilikdə, siyahıya hərbi təyyarələr, piyada döyüş maşınları, elektron döyüş sistemləri, raketlər və pilotsuz uçuş aparatları istehsal edən 22 müdafiə müəssisəsi daxildir. *Neft və qaz hasilatı texnologiyalarının ixracına qadağa. Bu, Rusiyanın iri enerji resursları tədarükçüsü kimi statusunu aşağı salacaq. *Rusiya və Belarus silahlı qüvvələrinə dəstəkləyən təşkilatların təqib edilməsi. Bu sanksiyalar Rusiyanın aerokosmik, dənizçilik və yüksək texnologiya sektorlarını ən yeni texnologiyalardan məhrum edəcək. *Rusiya təyyarələrinin ABŞ-ın daxili hava məkanına girməsinə və ondan istifadəsinə qadağa. Bu, Rusiya aviaşirkətlərinin – həm sərnişin, həm də yük – ABŞ-a və geriyə reysləri yerinə yetirməkdən məhrum olunmasını əhatə edir. Geri qayıt |