Əsas Səhifə > Economics / Melange / Manşet / Üst manşet > İstanbulda Ukrayna, Türkiyə və BMT-dən TAXIL İXRACI HAQQINDA SAZİŞ

İstanbulda Ukrayna, Türkiyə və BMT-dən TAXIL İXRACI HAQQINDA SAZİŞ


22-07-2022, 18:48.
title}


"Odessa", Çernomorsk" və "Yujnıy" limanları Ukrayna tərəfin nəzarətindədir. Bu limanlarda taxıl və onunla bağlı ərzaq məhsullarının və gübrələrin ixracını təmin edəcək gəmilərdən başqa gəmilərin mövcudluğu nəzərdə tutulmur.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Ukrayna, Türkiyə və BMT nümayəndələrinin cümə günü İstanbulda imzaladıqları Ukrayna taxılının Qara Dənizdəki limanlardan ixracına dair sazişdə deyilir.

Ukrayna prezidentinin köməkçisi Mixail Podolyakın verdiyi məlumata görə, nəqliyyatın Rusiya gəmiləri ilə müşaiyəti və Ukrayna limanlarında Rusiya nümayəndələrinin iştirakı olmayacaq, zərurət yarandığı təqdirdə nəqliyyat gəmilərinin bütün yoxlanışları Türkiyə sularında birgə qruplar tərəfindən həyata keçiriləcək, Turanın məlumatında qeyd olunur.

"Ukrayna taxının ixracı haqqında İstanbul müqaviləsi ilə bağlı. Əvvəla. Ukrayna Rusiya ilə heç bir sənəd imzalamır. Biz Türkiyə və BMT ilə müqavilə imzalayırıq və onlar qarşısında öhdəlik götürürük. Rusiya Türkiyə və BMT ilə müqavilə bağlayır", deyə Podolyak Tvitter-dəki hesabında yazıb.

Rusiya tərəfin məlumatına görə, İstanbulda Türkiyə və BMT nümayəndələri ilə müvafiq sazişi RF müdafiə naziri Sergey Şoyqu imzalayacaq.
Geri qayıt