Əsas Səhifə > Economics / Melange / Üst manşet > Ülvi Quliyev DÖVLƏTƏ ŞƏRİK MİLYONLARI... - "Daha əvvəlki vaxt deyil..."
Ülvi Quliyev DÖVLƏTƏ ŞƏRİK MİLYONLARI... - "Daha əvvəlki vaxt deyil..."8-02-2023, 18:06. |
"Orxan Quluzadə Londona, Gardiff Univetsitetinə təhsil üçün gedəndə onun cəmi 17 yaşı vardı. Cəmi 1 il sonra, 18 yaşlı tələbə Orxan artıq atası Ülvi Quliyevin sayəsində həm də Britaniya Krallığında şirkət sahibi idi. Şirkətə aid sənədlərdə qeyd olunurdu ki, İngiltərədəki GUANO LİMİTED (qeydiyyat nömrəsi 06353306) 2007-ci ilin avqustun 28-də London apartment 103, Astra house 23-25 Arklow road ünvanında qeydiyyatdan keçib. Təsisçisi Bakı şəhəri, Səməd Vurğun küçəsi 6 ünvanında qeydiyyatda olan 1989-cu il avqust təvəllüdlü Orxan Quluzadədir. Şirkət atası tərəfindən Orxana ad günü hədiyyəsi idi". DİA.AZ bildirir ki, bu barədə deputat Ülvi Quliyevlə bağlı redaksiyamıza göndərilən məqalədə deyilir. Məqalə müəllifi daha sonra bildirir: "Ülvi Quliyev oğlunu o qədər çox istəyir ki, hətta onu müharibə vaxtı gizlətməyə də müvəffəq olur. Bu o zaman idi ki vətənin qyerətli oğulları silaha sarılaraq 30 illik düşmən işğalına son qoymaq üçün canlarından belə keçirdilər. Həmin vaxtı isə Ülvi Quliyevin madar oğlu digər oliqarx balaları ilə dünyanın əyləncə mərkəzlərində öz kef-damaqlarında idilər. Təbii ki, nə millət, nə də dövlət bunları unuda bilməz və unutmayacaq... Etiraf edək ki, dövlətin unutqanlığı bir az vərdişkar hal aldığından, burada ümidlər daha çox millətədir. Yəni yetərincə olub ki, dövləti talayanlar, dövlət büdcəsi hesabına oliqarxlaşanlar cinayət yolu ilə pul qazanmalarına rəğmən sonradan məsuliyyətdən yaxa qurtarmağı bacarıblar. Elələri də var... Odur ki, bizim əsas gümanımız millətin yaddaşıdır". Daha sonra məqalə müəllifi Ülvi Quliyevin sevimli oğlu ilə bağlı KİV-lərdə yer almış, həm də təkzib olunmamış digər faktları da təqdim edir: "O zaman Ülvi Quliyev şirkəti idarə etmək üçün Londonda ona Əhməd Xan adlı ortaq da tapır. Əslində bu şəxs o vaxtlar Kəmaləddin Heydərovun Londonun Birkbek Universitetində magistr təhsili alan oğlu Tale Heydərovun Orxan üçün Britaniyada ayarladığı bələdçi idi, 3 il sonra o, direktor vəzifəsindən kənarlaşdırılır və şirkətin katibi təyin olunur. Londonda şirkət sahibi olmaq hələ gömrük komitəsinə rəhbərlik etdiyi vaxtlatdan Kəmaləddin Heydərovun sayəsində dərman biznesində parlayan Ülvi Quliyev üçün təkcə prestij deyildi. Ülvi Quliyevin oğlunun şirkəti Heydərovun Britaniyadakı şirkətləri üçün əlavə platsdarm kimi əhəmiyyətli idi. Gardiff Universitetini (illik təhsil haqqı 30 min funta çatır) 4 il ərzində başa vuran Orxan daha iki il London City universitetində (illik təhsil haqqı 13 min funtdan 30 min funta qədər) təhsilinə davam edir. Universitetdə oxuduğu dönəmdə o təkcə şirkət sahibi deyildi, həm Taleh Heydərovun rəhbəri olduğu Azərbaycan Cəmiyyətinin buradakı təmsilçisi, universitetdəki karate klubunun rəhbəri, həm də ZAMİNBANK-ın Londonda Caspian Money pul köçürməsi ilə məşğul olan nümayəndəsi kimi fəaliyyət göstərib. Orxan Guluzadə 2019-cu ilin yayında, daha konkret desək, iyulun 24-də şirkətin adını dəyişərək UGANO Limited adlandırdı. GUANO, yaxud UGANO fərq etməz, Orxanın yaxın dostlarlna şirkətin adının ailə üzvlərinin adlarının baş hərflərini ifadə etdiyini deyib. Şirkətin adını dəyişdirməzdən əvvəl isə, yəni həmin ilin iyunun 20-də Orxan yaxın dostu Tale Heydərovun yardımı ilə biznesini böyütmək üçün Britaniyanın HAMPSHİRE TRUST BANK-ından ciddi məbləğdə kredit alıb". Daha sonra mənbə hazırki durumla bağlı da müəyyən açıqlamalar verir: "Doğrudur, hazırda vəziyyət kifayət qədər dəyişib. Artıq Ülvi Quliyevin Kəmaləddin Heydərov adlı qalası kifayət qədər sarsıldığından, FHN şefinin xaricdəki biznesi hakimiyyət tərəfindən təftiş olunduğundan Ülvi Quliyev də bu sarıdan öz payını alıb. Hər yerdə "artıq əvvəlki vaxt deyil" deyib giley edən Ülvi Quliyev özü barəsində nə qədər KASIB obrazı yartmağa çalışsa da, hüquq-mühafizə orqanları üçün onun milyonlarını üzə çıxartmaq o qədər də çətin olmayacaq. Hansı milyonlar ki, Azərbaycan dövlətinin büdcəsinin HALALIDIR..." Yazıda iddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |