Əsas Səhifə > Economics > Bu gün dollar neçəyədir? -

Bu gün dollar neçəyədir? -


10-04-2017, 10:55.
title}
Bu gün dollar neçəyədir? -


Azərbaycan Mərkəzi Bankı (AMB) manatın aprelin 10-a olan məzənnəsini açıqlayıb.

AMB-dən SİVİL.AZ-a verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi aprelin 7-i ilə müqayisədə dəyişməyərək 1,7031 manat olub.

Avro isə manata nisbətən azalıb. Avrozonanın vahid valyutası 1,8135 manatdan 1,8029 manatadək ucuzlaşıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0299 manatdan 0,0296 manatadək azalıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4562 manatdan 0,4568 manatadək bahalaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1239 manatdan 2,1096 manatadək azalıb. Gürcüstan larisinin məzənnəsi isə 0,7019 manatdan 0,7074 manatadək bahalaşıb.
Geri qayıt