Əsas Səhifə > Economics / Manşet > SOCAR-ın Nəqliyyat İdarəsi açıq hərrac keçirəcək
SOCAR-ın Nəqliyyat İdarəsi açıq hərrac keçirəcək10-04-2017, 17:13. |
SOCAR-ın Nəqliyyat İdarəsi bir sıra material qiymətlilərinin (nəqliyyat vasitələrinin ehtiyat hissələri) özgəninkiləşdirilməsinə dair açıq hərrac keçirəcək. Şirkətin mətbuat xidmətindən bildirilib ki, hərracda iştirak etmək istəyən maraqlı tərəflər bu sənədləri - hərracda iştirak üçün müraciət (vahid ərizə forması), hərracın nəticələrinə uyğun olaraq, hərracın qalibi olduğu təqdirdə material qiymətlilərinin mütləq alınacağı barədə təminat məktubu, fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti, hüquqi şəxslər üçün təsis sənədlərinin notarial qaydada təsdiq edilmiş surəti, elanda göstərilən hesaba hərraca çıxarılmış material qiymətlilərinin 10 faiz həcmində behin (5268,07 AZN) köçürülməsini təsdiq edən sənədin surətini təqdim etməlidirlər. Hərracda iştirak haqqında ərizə (vahid formada) digər sənədlərlə birlikdə aprelin 17-də saat 17:30-dək Hərrac Komissiyasına (AZ 1000, Səbail rayonu, Neftçilər prospekti 73) təqdim olunmalıdır. Göstərilən tarixdən və vaxtdan sonra edilən müraciətlər qəbul olunmayacaq. Hərrac aprelin 18-də saat 11:00-da göstərilən ünvanda keçiriləcək. Sənədlərin surətləri Hərrac Komissiyasının əlaqələndirici şəxsinin elektron ünvanına göndərilərsə, sənədlərin əsli hərrac təkliflərinin təqdim edilməsinin son gününədək Hərrac Komissiyasına təqdim olunmalıdır. Material qiymətlilərinin 10 faiz həcmindəki behin ödənilməsi üçün hesab nömrəsi: Azərbaycan Beynəlxalq Bankı ASC, AZ38IBAZ38010019449306332120, VÖEN: 9900003871, Müştəri xidməti Departamenti, Kod: 805250, Müxbir hesab: AZ03NABZ01350100000000002944, VÖEN: 9900001881, SWIFT BIK: İBAZAZ2Х. Ərizə forması, habelə sual və sorğular üçün hərracın əlaqələndirici şəxsinə müraciət oluna bilər: Elnur Abdullayev, telefon: (+99412) 521-32-67; mob: (+99450) 843 50 65. E-mail: [email protected] və ya [email protected]. Geri qayıt |