Əsas Səhifə > Elm və Kültür > Bakıda VII əl işləri festivalı öz işinə başlayıb
Bakıda VII əl işləri festivalı öz işinə başlayıb14-04-2017, 15:33. |
Aprelin 14-də “Kapellhaus” Azərbaycan-Alman Mədəniyyət Mərkəzində VII əl işləri festivalı öz işinə başlayıb. Festival çərçivəsində “Təxəyyülün gücü” adlı sərgi açılıb. SİVİL.AZ xəbər verir ki, sərgidə “Bəzək” yaradıcı gənclər birliyinin və Bakı Keramika Mərkəzinin, eləcə də digər yaradıcı kollektivlərin təqdim etdiyi əl işləri maraqla qarşılanıb. Tədbirin təşkilatçısı Təranə Cəfərova festivalda 65 iştirakçının 1500-dən çox əl işinin nümayiş olunduğunu söyləyib. Keramika sənəti, toxuculuq nümunələri, bəzək əşyaları, rəngli boya ilə çəkilmiş tablolar, şüşə üzərində əl işlərini festival iştirakçıları maraqla qarsalayıblar. Festival çərçivəsində Bakı Keramika Mərkəzinin rəhbəri Mir-Teymur Məmmədov maraqlananlar üçün ustad dərsi keçib. Geri qayıt |