Əsas Səhifə > Elm və Kültür > “Dərs” filminin rejissorları Rusiyada diplomla təltif edilib
“Dərs” filminin rejissorları Rusiyada diplomla təltif edilib27-04-2017, 03:00. |
“Dərs” bədii filmi Rusiyanın 22-ci “Uşaqlar üçün kino” Beynəlxalq Film Festivalının əsas proqramında nümayiş edilib. Samarada keçirilən festivalda filmin quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül “Yeniyetmə münasibətləri problemlərinin ekranda ən yaxşı bədii canlandırılması”na görə diplom ilə təltif olunublar. Bu barədə SİVİL.AZ-a Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib. “Dərs” tammetrajlı bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri canlandırıblar. Geri qayıt |