Əsas Səhifə > Elm və Kültür > “İçəri şəhər” bədii filmi ABŞ-da “

“İçəri şəhər” bədii filmi ABŞ-da “


1-05-2017, 12:00.
title}
“İçəri şəhər” bədii filmi ABŞ-da “


Rejissor İlqar Safatın “İçəri şəhər” bədii filmi ABŞ-ın Texas ştatında 50-ci “Worldfest Houston” Beynəlxalq Film Festivalında “Dram” nominasiyasında “Qızıl remi” mükafatına layiq görülüb.

SİVİL.AZ xəbər verir ki, filmin ideya müəllifi, eləcə də baş rollardan birinin ifaçısı Təhminə Rafaelladır. O, həm də ən yaxşı qadın rolu nominasiyasına təqdim edilmiş beş aktrisadan biridir. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.

“Worldfest Houston” 1961-ci ilin avqust ayında təsis edilib. Bu, San-Fransisko və Nyu-Yorkdan sonra Şimali Amerikada üçüncü beynəlxalq film festivalıdır.

Builki festivalda 60-dək tammetrajlı film nümayiş etdirilib.
Geri qayıt