Əsas Səhifə > Elm və Kültür / Üst manşet > Polad Bülbüloğlunun namizədliyi qeydə alındı -
Polad Bülbüloğlunun namizədliyi qeydə alındı -18-03-2017, 14:29. |
Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlunun Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) baş direktoru vəzifəsinə namizədliyi təsdiq edilib. SİVİL.AZ xəbər verir ki, bunu UNESCO-nun İcraiyyə Şurasının sədri Maykl Vorbs deyib. Qeyd edək ki, namizədlərin siyahısında Polad Bülbüloğlu ilə bərabər, Vyetnam, Misir, Qətər, Çin, Qvatemala, İraq, Livan və Fransa nümayəndələri yer alıb. UNESCO-nun baş direktoru İcraiyyə Şurasının tövsiyəsi ilə Baş Konfrans tərəfindən təyin edilir. İcraiyyə Şurasının 2017-ci il aprelin 26-27-də keçiriləcək 201-ci sessiyası çərçivəsində doqquz namizədlə müsahibə aparılacaq. Oktyabr ayında Şuranın 202-ci sessiyasında gizli səsvermə keçiriləcək. Son qərar 2017-ci ilin noyabrında UNESCO-nun Baş Konfransının 39-cu sessiyasında qəbul ediləcək. Geri qayıt |