Əsas Səhifə > Elm və Kültür > "Tarixin canlı səhifələri" V Gənclər festivalı keçirilib

"Tarixin canlı səhifələri" V Gənclər festivalı keçirilib


29-05-2017, 12:18.
title}
"Tarixin canlı səhifələri" V Gənclər festivalı keçirilib


Qax rayonunda Gənclər və İdman Nazirliyi tərəfindən “Tarixin canlı səhifələri” V Gənclər festivalı keçirilib.

SİVİL.AZ xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, festival Dövlət Sərhəd Xidməti və Qax rayon İcra Hakimiyyəti ilə birgə keçirilib. Festivalın keçirilməsində əsas məqsəd gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, xalqımızın hərb tarixini gənclərə əyani olaraq çatdırmaqdır.

Festivalda çıxış edən gənclər və idman naziri Azad Rəhimov 28 May - Respublika Günündə bu səpkili tarixi layihənin həyata keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını bildirdi: “Bu gün, demək olar ki, düz bir ərazidə İrəvan şəhəri salınıb. Şəhərin məscidləri, bazarı və digər məkanları olduğu kimi burada göstərilib. Bu səpkili layihələr gənclərimizin vətənpərvər ruhda böyüməsində müstəsna rol oynayır. Bundan öncə "Tarixin canlı səhifələri" festivalı Şəki, Lənkəran, Gəncə şəhərlərində baş tutub. Məqsəd bu layihələri davam etdirməkdir”.

Tarixi rekonstruksiya formatında baş tutan festival XVlll əsrdə və XlX əsrin l yarısında mövcud olmuş İrəvan xanlığına həsr edilmişdi. Festivalda İrəvan xanlığının yaranması, xanlığın öz müstəqilliyi uğrunda mübarizəsi layihəyə cəlb olunmuş 400-ə yaxın gənc: aktyor, tələbə və idmançı tərəfindən tarixi faktlar əsasında hazırlanmış tamaşada nümayiş olunub. İrəvan xanlığına xas olan mədəniyyət, məişət və ənənələrin geniş şəkildə təqdim olunduğu festivalın keçirildiyi ərazi də İrəvan xanlığı üslubunda hazırlanmışdı.

Tamaşanın elmi məsləhətçisi AMEA-nın Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudovdur.

Qeyd edək ki, “Tarixin canlı səhifələri” adlı festivallar 2014-cü ildən etibarən Gənclər və İdman Nazirliyi tərəfindən keçirilir. (Trend)
Geri qayıt