Əsas Səhifə > Elm və Kültür > Gəncə I Beynəlxalq Musiqi Festivalı keçirilib

Gəncə I Beynəlxalq Musiqi Festivalı keçirilib


29-05-2017, 19:08.
title}
Gəncə I Beynəlxalq Musiqi Festivalı keçirilib


"Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı - 2017” layihəsi çərçivəsində Müstəqil Dövlətlər Birliyi Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Azərbaycan ın Mədəniyyət və Turizm Nazirliyi ilə Gəncə şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Gəncə I Beynəlxalq Musiqi Festivalı keçirilib.

SİVİL.AZ-ın məlumatına görə, ŞİH-dən bildirilib ki, Gəncə şəhər Məhsəti Gəncəvi Muzeyində Gəncə Musiqi Kollecinin və Gəncə Dövlət Universitetinin tələbələrinin musiqi ifa etdikləri “Gənc istedadlar” adlı konsert proqramı təşkil olunub.

Üzeyir Hacıbəyov, Qara Qarayev, Müslüm Maqamayev kimi dahi bəstəkarlarla yanaşı, əcnəbi əsərləri məharətlə ifa edən gənclər layihədə iştirak etməyin onlar üçün olan əhəmiyyətindən danışıb.

Sonra Heydər Əliyev Park-Kompleksində yerləşən amfiteatrda keçirilən konsert proqramında N.P.Osipov adına Rusiya Xalq Çalğı Alətləri Milli Akademik Orkestrinin gənc solistlər ansamblı, Tacikistan Respublikasının məşhur “Bazmoro” rəqs ansamblı, Belarus Respublikasının Əməkdar kollektivi, Belarus Dövlət Filarmoniyasının “Kupalinka” folklor qrupu, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri, eləcə də “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı, Respublikamızın paytaxtı Bakı şəhərindən gələn tanınmış incəsənət ustaları – Azərbaycan Respublikasının Xalq artisti Azər Zeynalov, Azərbaycan Respublikasının Əməkdar artistləri Abbas Bağırov, Nərgiz Kərimova, Gülüstan Əliyeva, Təyyar Bayramov, Səbuhi İbayev, İlham Nəzərov və başqaları çıxış edib.

ŞİH başçısı Elmar Vəliyev festival iştirakçılarına sertifikatlar təqdim edib.

Qeyd edək ki, 2016-cı il sentyabr ayının 16-da Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 25-ci yubiley sammitində Gəncə şəhəri 2017-ci il üçün “Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı” elan edilib. (APA)
Geri qayıt