Əsas Səhifə > Elm və Kültür > 8 yaşlı Azərbaycan pianoçusu
8 yaşlı Azərbaycan pianoçusu29-05-2017, 19:35. |
Gənc Azərbaycan pianoçusu Cəmil Sədizadə Kremldə çıxış edib. Mayın 28-də Rusiya prezidentinin iqamətgahında - Böyük Kreml Sarayında - beşinci beynəlxalq uşaq musiqi festivalı keçirilib. SİVİL.AZ-ın məlumatına görə, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Nəsillərin melodikası” devizi altında keçirilən beynəlxalq festivalda doqquz ölkəni təmsil edən gənc musiqiçilər Rusiya Prezident orkestrinin müşayiəti ilə çıxış ediblər. Azərbaycanın ən yaxşı gənc pianoçularından biri - 8 yaşlı Cəmil Sədizadə Bethovenin fortepiano ilə orkestr üçün konsertini ifa edib. Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən “Nəsillərin melodikası” xeyriyyə festivalı barədə təşəbbüs 5 il bundan əvvəl Rusiya Prezident orkestrinin rəhbəri Vera Krılova tərəfindən irəli sürülüb. Bu festivalda dünyanın müxtəlif ölkələrindən mədəniyyət nazirlikləri səviyyəsində seçilən 8-15 yaşlı ən yaxşı musiqiçilər iştirak edir. Geri qayıt |