Əsas Səhifə > Elm və Kültür > “Əliqismət Lalayev və Naxçıvan teatrı” kitabı işıq üzü görüb
“Əliqismət Lalayev və Naxçıvan teatrı” kitabı işıq üzü görüb5-07-2017, 14:01. |
Bu günlərdə “APOSTROFF” nəşriyyatında Naxşıvan teatr tarixinin tədqiqatçısı, görkəmli teatrşünas, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, mərhum Cəlil Vəzirovun “Əliqismət Lalayev və Naxçıvan teatrı” kitabı işıq üzü görüb. SİVİL.AZ bildirir ki, kitabda Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevin Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrındakı fəaliyyətindən, səhnədə canlandırdığı obrazlardan, quruluş verdiyi tamaşalardan, Naxçıvan teatr mühütinə gətirdiyi yeniliklərdən, qazandığı uğurlardan bəhs olunur. Bununla yanaşı, topluda Naxçıvan teatr tarixinə nəzər salınır, paralel müqayisələr aparılır, xüsusiilə də XX əsrin 80-ci illərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının fəaliyyəti geniş şəkildə araşdırılır. Kitabın ön sözünun müəllifi Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, redaktoru Prezident mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Samir Sədaqətoğlu, rəyçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov, korrektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Vəfa Mühacirova, naşiri Akif Dənzizadədir. Kitab teatr sahəsində fəaliyyət göstərən mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Geri qayıt |