Əsas Səhifə > Elm və Kültür > Musiqili Teatrın pianoçusu Beynəlxalq Müsabiqədə 2-ci olub

Musiqili Teatrın pianoçusu Beynəlxalq Müsabiqədə 2-ci olub


10-07-2017, 13:07.
title}
Musiqili Teatrın pianoçusu Beynəlxalq Müsabiqədə 2-ci olub


Azərbaycan Dövlət Musiqili Teatrının əməkdaşı Firuzə Nəcəfli Parisdə keçirilən “İnternational Folklore Competition” Beynəlxalq Müsabiqəsində 2-ci yerə layiq görülüb.

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu SİVİL.AZ-a bildirib ki, F. Nəcəfli müsabiqədə Robert Şumanın 8 nömrəli “Noveletta” f-mol əsərini ifa edib.

Qeyd edək ki, Nəcəfli Firuzə Elman qızı Bakı şəhərində anadan olub. 2006-cı ildə Rafiq Babayev adına Uşaq Musiqi Məktəbini fərqlənmə ilə bitirib. Həmin il Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Məktəb-Studiyaya - Professor Tərlan Seyidovun sinfinə daxil olub və 2009-cu ildə oranı əla qiymətlərlə, 2013-cü ildə Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Fortepiano” fakültəsini fərqlənmə diplomu ilə bitirib və elə həmin il Akademiyanın “Fortepiano” fakütəsinin magistraturasına daxil olub, 2015-ci ildə isə magistraturanı fərqlənmə diplomu ilə başa vurub.

Bir sıra konsertlərdə, tədbirlərdə, müsabiqələrdə, festivallarda, konfranslarda uğurla iştirak edib. Ferens List adına Beynəlxalq festivalda diploma layiq görülüb. Qara Qarayev adına 1-ci Respublika elmi-ifacılıq müsabiqəsinin diplomantı olub. İstedadlı və Yaradıcı Gənclərin 2-ci Respublika Toplantısında, bir sıra konfranslarda elmi məruzələrlə çıxış edib. Azərbaycan Tələbə Gənclər Təşkilatının və Təhsil Nazirliyinin birgə keçirdiyi 1-ci Tələbə Teatr Festivalının “Üzeyir Hacibəylinin operettalarının ən yaxşı ifaçısı” nominasiyası üzrə qalib olub. 2014-cü ildə Azərbaycan Dövlət Milli Muzeyində ifa etdiyi “Əsrin Müqaviləsi” əsəri qalib əsər olaraq SOCAR-ın himni seçilib. 2015–ci il 17 mart “Birlik Üçün Oxu” layihəsinin (ABŞ da reallaşdırılmış “Playing for Change” layihəsi) iştirakçısı olub və bəstəkar Tofiq Quliyevin “Sənə də qalmaz” əsərini ifa edib.
Geri qayıt