Əsas Səhifə > Elm və Kültür > Bakıda meksikalı rəssam Frida Kalonun əsərlərindən ibarət sərgi açılacaq

Bakıda meksikalı rəssam Frida Kalonun əsərlərindən ibarət sərgi açılacaq


16-07-2017, 03:00.
title}
Bakıda meksikalı rəssam Frida Kalonun əsərlərindən ibarət sərgi açılacaq


İyulun 18-də İçərişəhərdə yerləşən “Art Tower” qalereyasında dünya şöhrətli meksikalı rəssam Frida Kalonun əsərlərindən ibarət sərgi açılacaq.

SİVİL.AZ bildirir ki, ərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi, Meksikanın ölkəmizdəki səfirliyi və “Arts Council Azerbaijan” QHT-nin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

“Arts Council Azerbaijan”ın rəhbəri Dadaş Məmmədov AZƏRTAC-a məlumat verib ki, kuratoru Mirsadıq Hüseynov olan sərgi iyulun 25-dək davam edəcək. Tamaşaçılar sərgidə Meksika incəsənətinin ikonası, XX əsr dünya rəssamlığının görkəmli nümayəndələrindən biri olan Frida Kalonun həyatının müxtəlif dövrlərinə aid yaradıcılıq nümunələri ilə tanış ola biləcəklər.
Geri qayıt