Əsas Səhifə > Elm və Kültür > Bakıda “İki dövlət, bir millət” layihəsi çərçivəsində mükafatlar
Bakıda “İki dövlət, bir millət” layihəsi çərçivəsində mükafatlar23-08-2017, 03:00. |
Ankara Sanat Platformasının yaradıcısı və başçısı xanım Sultan Özateşin təqdimatında Azərbaycanda Atatürk Mərkəzində “İki dövlət, bir millət" layihəsi çərçivəsində ədəbiyyat, mədəniyyət adamları ilə görüş və mükafatlandırma mərasimi keçirilib. SİVİL.AZ xəbər verir ki, mərkəzin foyesində ASP-nın vəsaiti hesabına işıq üzü görən “İki dövlət, bir millət” şeir antologiyası, platformanın Azərbaycan təmsilçisi Qalibə Cəfərovanın “Vətən” və Sultan Özateşin “Çanaqqala” kitabları nümayiş olunub. Platformanın rəhbəri Sultan Özateş rəhbərlik etdiyi layihə barədə iştirakçılara ətraflı məlumat verib. Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərindən söhbət açan qonaq, hər iki ölkənin mədəni əlaqələrinin daha da möhkəmlənməsi baxımından bu cür tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Tədbirdə öz yaradıcılığı, sənət uğurları və ədəbi fəaliyyəti ilə türk mədəniyyətinə verdiyi töhfələrə görə fərqlənən mədəniyyət, incəsənət adamlarına ASP-ın fəxri fərman, medal və xatirə hədiyyələri təqdim olunub. Qeyd edək ki, bir çox sənət sahələrində müvəffəqiyyətlər qazanan S.Özateş Ankara və Türkiyə sənət platformalarını yaradıb. Yeddi ölkədə davam edən beynəlxalq layihələrin birincisini Azərbaycan təmsilçisi Qalibə Cəfərova ilə həyata keçirib. Geri qayıt |