Əsas Səhifə > Elm və Kültür / Üst manşet > “Art Tower”də gənc rəssamların əsərləri sərgilənəcək

“Art Tower”də gənc rəssamların əsərləri sərgilənəcək


31-03-2017, 10:38.
title}
“Art Tower”də gənc rəssamların əsərləri sərgilənəcək


Aprelin 4-də “Art Tower” qalereyasında “Arts School” rəssamlıq məktəbinin şagirdlərinin “Bahar” adlı rəsm sərgisi açılacaq.

SİVİL.AZ xəbər verir ki, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi və “Arts Council Azerbaijan” (Azərbaycan İncəsənət Konsulluğu) qeyri-hökumət təşkilatının dəstəyi ilə gerçəkləşəcək.

2010-cu ildən fəaliyyət göstərən “Arts School” məktəbi “Arts Council Azerbaijan” təşkilatının layihəsidir və gənc rəssamların sənətə olan marağını inkişaf etdirmək məqsədi daşıyır. Layihənin rəhbəri Sona Quliyevadır.

Aprelin 10-dək davam edəcək sərgidə ziyarətçilər müxtəlif janrlı əl işləri ilə yaxından tanış ola biləcəklər (AZƏRTAC).
Geri qayıt