Əsas Səhifə > Elm və Kültür > YUĞ Teatrı mövsümü “Səsimi unutma” tamaşası ilə

YUĞ Teatrı mövsümü “Səsimi unutma” tamaşası ilə


8-09-2017, 10:13.
title}
YUĞ Teatrı mövsümü “Səsimi unutma” tamaşası ilə


Azərbaycan Dövlət YUĞ Teatrı yeni mövsümü sentyabrın 20-də K. Abdullanın “Bir, iki, bizimki” pyesi əsasında hazırlanmış “Səsimi unutma” tamaşası ilə açacaq.

SİVİL.AZ bildirir ki, teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru baş rejissor Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı, əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibatçısı isə Amid Qasımovdur. Tamaşada əməkdar artistlər Məmməd Səfa və Gülzar Qurbanova, aktyorlar Amid Qasımov və Ləman Novruzova çıxış edir. Tamaşa saat 19.00-da başlayacaq.

Teatrda sentyabr ayında “Medeya. Sekvensiya 01”, “Boy”, “Metamorfoza” və “Sonuncu” tamaşaları nümayiş olunacaq.

YUĞ Teatrı bu mövsümdə Təranə Vahidin “Quş dili”, Qan Turalının “Polkovnikin üç günü”, H.İbsenin “Vahimə” əsərləri əsasında hazırlanan tamaşaları seyrçilərin diqqətinə təqdim etməyi planlaşdırır.

Tamaşaların premyeraları oktyabr ayına nəzərdə tutulub.
Geri qayıt