Əsas Səhifə > Elm və Kültür > Bakıda Beynəlxalq Gülüş Günü qeyd edilib
Bakıda Beynəlxalq Gülüş Günü qeyd edilib1-04-2017, 22:25. |
Aprelin 1-də Heydər Əliyev Sarayında Şən və Hazırcavablar Klubunun (ŞHK) Azərbaycan Liqasının IV dördüncü mövsümü açılıb. SİVİL.AZ xəbər verir ki, mərasim balaca rəqqasların ifasında “Тreasure” kompozisiyasının nümayişi ilə açılıb. Tədbirin aparıcısı - 2016-cı ilin Yüksək Liqasının çempionu, Asiya MİX komandasının kapitanı Eldiyar Kenansarov (Qırğızıstan) qeyd edib ki, son dörd ildə Azərbaycan ŞHK böyük inkişafa nail olub, o cümlədən “Sbornaya Baku” Azərbaycanı ŞHK-nin Yüksək Liqasının yarışlarında layiqlə təmsil edir. Münsiflər heyətinə Əməkdar Artist, şoumen, “Parni iz Baku” komandasının iştirakçısı Murad Dadaşov, tanınmış bəstəkar və prodüser İsa Məlikov, AzŞHK-nin rəhbəri Rəşad Əzizov, eləcə də Azərbaycan və Rusiyanın bir çox televiziya ulduzları daxildir. Səhnədə “UNEC”, “SABAH”, “Labutenı”, “Show must go on”, “Absheron stones”, “Banqarok”, “Homo Sapiens”, “SuperGood” və “Bakı Liqası Sbornaya Junior” çıxış ediblər. Ölkənin ən güclü komandası “Sbornaya Baku”nun iştirakı hamı üçün sürpriz olub. Sonda Murad Dadaşov tədbir iştirakçılarına pozitiv və sərrast yumora görə təşəkkür edərək vurğulayıb ki, bütün komandalar yaxşı hazırlaşıblar və qalibləri seçmək çox çətin olub. O, həmçinin gənc ŞHK-çilərə uğurlar arzulayıb. Birinci yerə “SABAH”, ikinci yerə “Labutenı”, üçüncü yerə “Bakı Liqası Sbornaya Junior” layiq görülüb. Beləliklə də, Bakıda Beynəlxalq Gülüş Günü qeyd edilib. Geri qayıt |