Əsas Səhifə > Elm və Kültür / Üst manşet > Sabirin virtual muzeyi yaradılıb

Sabirin virtual muzeyi yaradılıb


16-10-2017, 07:00.
title}
Sabirin virtual muzeyi yaradılıb


Oktyabrın 14-də Beynəlxalq Mətbuat Mərkəzində Mirzə Ələkbər Sabir Fondunun təşkilatçılığı ilə yaradılmış “Sabir virtual muzeyi”nin təqdimatı keçirilib.

SİVİL.AZ
xəbər verir ki, fondun direktoru Sevda Tahirzadə “Sabir virtual muzeyi” haqqında iştirakçılara məlumat verib.

Bildirib ki, dahi şairin anadan olmasının 155 illiyi münasibətilə muzeydə Sabirlə bağlı müxtəlif mənbələrdə – arxivlərdə, TV və radioda, kitabxanalarda, şəxsi kolleksiyalarda, muzeylərdə, internet resurslarında yer alan verbal, audio, video, foto məlumatlar toplanaraq vahid baza yaradılıb.

M.Ə. Sabirin 1912-ci ildən bu günlərimizədək çap olunmuş kitabları, əsərlərinin müxtəlif dillərə tərcümələri, şairə həsr olunan rəssamlıq nümunələri, ölkə ərazisində olan heykəl və büstlərinin görüntüləri, Sabirin hazırda Şamaxı şəhərində yenidənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq fəaliyyətini dayandırmış muzeyinin təmirdən əvvəlki fotoları, muzeyin tikilməkdə olan yeni görüntüsünün maketi, şairə aid olan yeni faktlar və bir çox digər dəyərli məlumatlar da virtual muzeydə yer alıb.

M.Ə. Sabir adına Şəhər Kitabxanasının direktoru Leyla İmanova virtual muzeyin bazasında ilk dəfə şairin yaradıcılığı ilə bağlı bütün elmi mənbələrin toplanıldığını, rəqəmsallaşdırıldığını deyib.

Tədbirdə BDU-nun müəllimi Alxan Bayramov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və başqaları bütün sənədlərin virtual muzeyin elektron yaddaşına köçürülməsinin əhəmiyyətindən danışıblar.

Tədbir çərçivəsində şairin Amerikada yaşayan nəvəsi Gündüz Tahirzadə ilə elektron körpü vasitəsilə əlaqə yaradılıb.

Sonda Əməkdar Artist Ağalar Bayramovun ifasında Sabirin şeirləri səsləndirilib. (AZƏRTAC)
Geri qayıt