Əsas Səhifə > Elm və Kültür > Əliqismət Lalayev daha bir Beynəlxalq mükafat aldı -
Əliqismət Lalayev daha bir Beynəlxalq mükafat aldı -24-10-2017, 16:16. |
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev daha bir Beynəlxalq mükafata layiq görülüb. Dövlət Musiqili Teatrının Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu SİVİL.AZ-a bildirirb ki, Ə. Lalayev Təbriz Teatrının Xatirə medalı ilə təltif olunub. Mükafat SSRİ Xalq artisti Fikrət Əmirovun ölməz musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” Beynəlxalq layihəsinin təbrizli aktyor Camal Saqinejadın iştirakı ilə nümayişindən sonra təqdim olunub. Təqdimatdan öncə çıxış edən İranın məşhur komediya aktyoru, Təbriz Teatrının rəhbəri, İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədri Babək Nəhreyn Musiqili Teatrla rəhbərlik etdiyi teatr arasındakı mədəni əlaqələrdən söz açıb. “Bu gün teatrlarımız arasında bu əlaqələrin var olduğuna, gündən-günə sürətlə genişləndiyinə, inkişaf etdiyinə görə bütün xoş sözlər, təşəkkürlər ilk növbədə Əliqismət Lalayevin payına düşür. Taleyimə minnətdaram ki, məni belə bir dəyərli insanla rast salıb. Əliqismət müəllimin Təbriz Teatrı ilə əlaqələrin genişlənməsi üçün gördüyü işlər, həyata keçirilən müştərək Beynəlxalq layihələr hesab edirəm ki, təkcə teatrlarımız arasında deyil, ümumilikdə, İran və Azərbaycan arasındakı mədəni əlaqələrin inkişafında da xüsusi əhəmiyyətə malikdir. Əliqismət Lalayev məhz bu xüsusiyyətlərinə - teatrlarımız və ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafındakı əməyinə və fəaliyyətinə görə təltif edilib. Təbriz Teatrının Xatirə medalı çoxlarının xəyal etdiyi bir mükafatdır. Yüz ildən çox yaşı olan bu mükafat hər kəsə nəsib olmur. Onu qazanmaq üçün teatr və mədəniyyət sahəsində çox önəmli işlərə imza atmaq lazımdır. Əliqismət müəllimi bir daha təbrik edir və böyük bir fəxarət hissi ilə hər kəsə nəsib olmayan bu mükafatı - Təbriz Teatrının Xatirə medalını ona təqdim edirəm”, - deyə B. Nəhreyn bildirib. Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev B. Nəhreynə təşəkkür edib. “Xoş sözlərə və verdiyiniz dəyərə görə təşəkkür edirəm. Düşünürəm ki, əlaqələrimiz bundan sonra da davam edəcək, birlikdə yeni layihələrə imza atacağıq”, - deyə Ə. Lalayev söyləyib. Geri qayıt |