Əsas Səhifə > Elm və Kültür > Bakıda “Qolqofa və Serbiyanın 1914-1918-ci illər dirçəlişi” adlı
Bakıda “Qolqofa və Serbiyanın 1914-1918-ci illər dirçəlişi” adlı2-11-2017, 00:17. |
Noyabrın 1-də “Qalereya 1969”da Serbiyanın azadlıq mübarizəsinə həsr olunmuş “Qolqofa və Serbiyanın 1914-1918-ci illər dirçəlişi” adlı sərgi açılıb. SİVİL.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, sərgi Serbiyanın Müdafiə Nazirliyinin Belqrad Hərbi Muzeyi, Serbiyanın ölkəmizdəki səfirliyi və “Qalereya 1969”un təşkilatçılığı ilə reallaşıb. Sərgidə Serbiyanın Birinci Dünya müharibəsi zamanı müstəqillik uğrunda mübarizəsini əks etdirən rəsm əsərləri, o cümlədən serb əsgərinin geyim formaları nümayiş olunub. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək iki ölkə arasında qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib. “2011-ci ildə Taşmaydan parkında ümummilli lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələri ucaldılıb. Novi Sad şəhərində Dunay çayı üzərindəki sahil parkında “Üzeyir Hacıbəyli Memorialı” yaradılıb və burada görkəmli bəstəkarın büstü qoyulub. Bütün bunlar ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir. Bugünkü sərgi də iki ölkə arasında mədəni əlaqələrin yüksək olduğunun bariz nümunələrindən biridir”, - deyə nazir müavini vurğulayıb. Sonra ziyarətçilər sərgi ilə tanış olublar. Geri qayıt |