Əsas Səhifə > Elm və Kültür > Şimali Osetiya teatrı Bakıya gəlir
Şimali Osetiya teatrı Bakıya gəlir4-04-2017, 00:30. |
Yeni yaradıcılıq əlaqələrinin genişləndirilməsinə hər zaman böyük önəm verən Dövlət Gənc Tamaşaçılar Teatrı bu günlərdə Rusiyadan qonaq qəbul etməyə hazırlaşır. SİVİL.AZ xəbər verir ki, qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrı (Rusiya Federasiyası, Şimali Osetiya Respublikası - Alaniya) aprel ayının 7-dən - 9-dək teatrımıza qastrol səfəri edəcək. Kollektiv üç gün ərzində "Потеха для смеха" nağılının motivləri əsasında O.Rozumun "Жили-были" tamaşasını nümayiş etdirəcək. Tamaşanın quruluşçu rejissoru Amzor Barakov, quruluşçu rəssamı Svetlana Sitoxova, xoreoqrafı Valeriy Suanov, musiqi tərtibatçıları Qabriel Qabarayev, Diana Sarukayevadır. Qastrol tamaşasında Marat Dzqoyev, İrina Besolova, Zalina Djiqkayeva, Atsamaz Vasilyev iştirak edəcəklər. Geri qayıt |