Əsas Səhifə > Elm və Kültür > “YARAT” da gənc vokalçıların konserti olacaq

“YARAT” da gənc vokalçıların konserti olacaq


3-04-2017, 23:47.
title}
“YARAT” da gənc vokalçıların konserti olacaq


Aprelin 6-da “YARAT” Müasir İncəsənət Mərkəzində gənc vokalçılar konsert proqramı ilə çıxış edəcəklər.

SİVİL.AZ xəbər verir ki, “YARAT Freestyle” layihəsi çərçivəsində gerçəkləşəcək konsert Dmitri Babayevin bədii rəhbərliyi ilə baş tutacaq. Performansda M.Maqomayev adına musiqi məktəbi, Bülbül adına orta ixtisas musiqi məktəbi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin çıxışı nəzərdə tutulub.

Konsertdə, həmçinin Naala Bratelinin rəhbərliyi ilə “Lumineux” xoru da çıxış edəcək.
Geri qayıt