Əsas Səhifə > Elm və Kültür > Pantomima Teatrında yeni tamaşa -
Pantomima Teatrında yeni tamaşa -24-11-2017, 10:39. |
Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi gələn ay yeni səhnə əsəri təqdim edəcək. Belə ki, nümayişi dekabrın 2-nə nəzərdə tutulan tamaşa sənət ocağının əməkdaşı Vüsal Rzasoyun əsəri əsasında səhnələşdirilib. Əməkdar Artist Nargilə Qəribovanın quruluşu əsasında baxılacaq “Vuvana” adlı tamaşanın bədii rəhbəri teatrın baş rejissoru, Xalq Artisti Bəxtiyar Xanızadədir. SİVİL.AZ bildirir ki, bu barədə AZƏRTAC-a Pantomima Teatrının direktoru, Əməkdar Artist Elman Rəfiyev məlumat verib. Sənət ocağının direktoru deyib ki, səhnə əsərində Vüsal Rzasoy və Nargilə Qəribova çıxış edəcək. “Tamaşanın məğzi belədir: Vuvana insanin məkansizliq və zamansizliq içində yaratdığı və yaşadığı bir məkan, kiçik dünyadır. Bu dünyada insanin fikir və düşüncələri yox, yalniz ruhu, qəlbi və hərəkətləri var olur. Vuvana insanın fikirlərindən təmizlənməsi, qəlbi və sevgisi ilə yaşadığı bir aləm və ya bir haldır. İnsan orada öz var olmağını və hisslərini yüksək dərəcədə dərk edərək yaşayır. Həmin insan, ağac, su, daş, od, torpaq və sevgi olur eyni anda. Eyni zamanda, o, kişi və qadin ola bilir. İnsan, həm də kainatla iç-içədi, yaxın əlaqədədi. O, kainatda baş verən səsləri, işıq və hərəkətləri duyur. Vuvanada olan insan elə kainatın öz harmoniyası ilə yaşadığı və hərəkət etdiyi uçun elə o, məhz, kainatin özüdür. Vuvanadakı insanların sevgisi də kainatın və həyatın sevgi zərurətindən yaranıb”, - deyə E.Rəfiyev söyləyib. Geri qayıt |