Əsas Səhifə > Elm və Kültür > TÜRKSOY-un Baş katbi Musiqili Teatra təşəkkür etdi
TÜRKSOY-un Baş katbi Musiqili Teatra təşəkkür etdi4-04-2017, 12:22. |
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Azərbaycan Dövlət Musiqili Teatrına təşəkkür məktubu göndərib. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu SİVİL.AZ-a bildirib ki, Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənt xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayevə ünvanlanan məktubda deyilir: “Hörmətli Əliqismət müəllim! Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi kimi çalışdığım müddətdə Azərbaycanla bağlı çoxsaylı tədbirlər keçirilmiş və ümumtürk mədəniyyətinin ayrılmaz hissəsi olan Azərbaycan mədəniyyəti və incəsənəti dünyanın mötəbər beynəlxalq təşkilatlarında və çeşidli ölkələrində nümayiş etdirilmişdir. İnanıram ki, TÜRKSOY ilə Azərbaycan Dövlət Musiqili Teatrı arasında qurulan bu gözəl münasibətlər gələcək illərdə də davam etdiriləcəkdir”. Qarşılıqlı münasibətlərin zəruriliyindən bəhs olunan təşəkkür məktubunda daha sonra qeyd olunur: “Bir daha təşəkkür edir, Sizə möhkəm can sağlığı, şərəfli və məsul işlərinizdə daha böyük nailiyyətlər arzu edirəm. Dərin hörmət və ehtiramla, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov”. Geri qayıt |