Əsas Səhifə > Elm və Kültür / Manşet > TÜRKSOY 2018-ci ili azərbaycanlı bəstəkar “Qara Qarayev İli”
TÜRKSOY 2018-ci ili azərbaycanlı bəstəkar “Qara Qarayev İli”6-12-2017, 01:30. |
Qazaxıstanın Türküstan şəhərində TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısı keçirilib. SİVİL.AZ xəbər verir ki, toplantının yekun bəyannaməsində Azərbaycan, Qazaxıstan və Qırğızıstanın təklifi ilə 2018-ci ilin Azərbaycanlı bəstəkar Qara Qarayev, Qazax xalq şairi Mağjan Jumabayev və Qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsinə "Anma İli" elan edilməsi qərara alınıb. Bəyannamədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının və Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) mütəxəssislərinin bir araya gələrək işçi qrupunun yaradılması, həmin işçi qrupunun hazırladığı dəyişikliklərin növbəti daimi şura toplantısında imzalanması qərara alınıb. TÜRKSOY-un 2018-ci ilin Fəaliyyət Proqramının da qəbul olunduğu iclasda qurumun baş katibi Düsen Kaseinov səs çoxluğu ilə yenidən təşkilatın baş katib seçilib. Qeyd edək ki, Türküstanda “Türk Dünyasının mədəniyyət paytaxtı" layihəsi çərçivəsində türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə yönəlmiş 40-dan çox tədbir keçirilib. (AZƏRTAC) Geri qayıt |