Əsas Səhifə > Elm və Kültür / Manşet / Üst manşet > Koronavirusa qarşı ilk dərman:
Koronavirusa qarşı ilk dərman:16-06-2020, 22:43. |
Deksametazon adlı ucuz və geniş yayılmış bir dərman ağır vəziyyətdə olan koronavirus xəstələrinin həyatını xilas etməyə kömək edə bilər. Bu barədə məlumatı BBC yayıb. CivilAzerbaijan.com bildirir ki, Britaniya ekspertlərinə görə, aşağı dozalı bu steroid dərman ölümcül virus ilə mübarizədə böyük bir irəliləyiş deməkdir. Bu preparat süni tənəffüs aparatlarına qoşulmuş xəstələr arasında ölüm riskini üçdə bir azalda bilər. Oksigen verilən xəstələr arasında isə bu preparat ölüm əmsalını beşdə bir azaldıb. Bu dərman koronavirusun müalicəsi üçün dünya boyu keçirilən sınaqların ən iri miqyaslısı çərçivəsində yoxlanılıb, CivilAzerbaijan.com-un məlumatında qeyd olunur. Tədqiqatçılar hesab edirlər ki, bu preparat koronavirus pandemiyası başlayan dövrdən Britaniyada xəstələrin müalicəsi üçün istifadə olunsaydı, o zaman 5000-dək xəstənin həyatını xilas etmək olardı. Bu preparat ucuz olduğundan, Covid-19 xəstələrinin çox olduğu yoxsul ölkələrdə onun istifadəsi böyük fayda gətirə bilər. Geri qayıt |