Əsas Səhifə > Elm və Kültür / Melange / Manşet / Üst manşet > Azərbaycanda toyların bərpası ilə bağlı

Azərbaycanda toyların bərpası ilə bağlı


26-06-2020, 13:58.
title}
Azərbaycanda toyların bərpası ilə bağlı


TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva xarici təcrübədə olan müəyyən qaydalar əsasında toyların bərpası və bölgələrə gediş-gəliş məsələsinə münasibət bildirib.

CivilAzerbaijan.com
bildirir ki, yerli KİV-in məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva söyləyib ki, hər bir qaydaya riayət etmək vətəndaşdan asılıdır:

"Qaydalar sərtləşdikcə psixoloji gərginlik olur, vətəndaş həm SMS-lə bayıra çıxsın, həm marketdə onu kimsə izləsin, bu, mümkün deyil. Cəmiyyət bir-birinə təzyiq göstərməlidir, hər nəzarəti dövlət qurumundan gözləmək olmaz.

Digər ölkələrdə toy və bölgələrə gediş-gəlişlə bağlı məsələyə gəldikdə isə, biz bütün ölkələrlə daima əlaqədəyik. Amma bunun üçün statistikanın normal bir səviyyəyə düşməsi lazımdır, yəni virus nəzarətdə saxlanacağı vəziyyətə düşəndə bunlar mümkündür".
Geri qayıt