Əsas Səhifə > Melange > Sabahın hava
Sabahın hava16-04-2017, 13:21. |
Azərbaycanda aprelin 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİVİL.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz, bəzi yerlərdə zəif duman olacağı ehtimal olunur. Cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 7-10°, gündüz 17-22° isti olacağı gözlənilir. Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək, arabir duman olacaq. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Gecə 5-10°, gündüz 21-26° isti olacaq. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz saatlarında arabir güclənəcək. Gecə 0-5°, gündüz 10-15° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi gündüz saatlarında arabir güclənəcək. Gecə 5-10°, gündüz 18-23° isti olacağı ehtimalı var. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz saatlarında arabir güclənəcək. Gecə 4-9°, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir. Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz saatlarında arabir güclənəcək. Gecə 6-11° isti, gündüz 20-25° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi gündüz saatlarında arabir güclənəcək. Havanın temperaturunun gecə 9-12°, gündüz 19-24° isti, dağlarda gecə 5-10°, gündüz 15-19° isti olacağı gözlənilir. Geri qayıt |