Əsas Səhifə > Melange > İctimai Şuranın yığıncağında özünüməşğulluq məsələləri müzakirə edilib
İctimai Şuranın yığıncağında özünüməşğulluq məsələləri müzakirə edilib19-04-2017, 17:55. |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın növbəti yığıncağı keçirilib. Yığıncaqda ölkə Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının icra vəziyyəti, şuranın işçi qruplarının cari il üçün fəaliyyət planı və digər məsələlər müzakirə edilib. SİVİL.AZ xəbər verir ki, nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, yığıncaqda şuranın sədri Mayis Əliyev ictimai nəzarətin daha səmərəli şəkildə təmin olunması üçün şuranın fəaliyyəti, sosial təminat sistemində ictimai iştirakçılığın məqsədləri, prinsip və formaları barədə ətraflı məlumat verib. Sonra Sərəncamın icra vəziyyəti barədə İctimai Şuranın əmək və sosial hüquqların müdafiəsi və məşğulluq məsələləri üzrə işçi qrupunun üzvi Mirzə Məmməd-Vəliyev və Əmək və Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov məruzə ediblər. Yığıncaqda məruzələr ətrafında müzakirələrdə şuranın sədr müavini, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, şura üzvlərdən “Milli Qeyri-Hökumət Təşkilatları” Forumunun prezidenti Rauf Zeyni, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov, “İstedadlı əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov, “Əlil qadınlar” Cəmiyyətinin prezidenti Məhluqa Rəhimova, “Mina qurbanlarının sosial və iqtisadi problemlərinin həllinə kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov, “Sağlam yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin icraçı-direktoru Tələt Qəribov və başqaları çıxış edərək əmək və məşğulluq məsələləri, eləcə də əlilliyi olanların özünüməşğulluğunun təmini ilə əlaqədar təklif və tövsiyələr veriblər. Şuranın işçi qruplarının cari il üçün fəaliyyət planı müzakirə edilərək təsdiq olunub. Geri qayıt |