Əsas Səhifə > Melange > Arıqlamaq istəyənlər kartof və qarğıdalıdan imtina etməlidirlər

Arıqlamaq istəyənlər kartof və qarğıdalıdan imtina etməlidirlər


23-04-2017, 02:00.
title}
Arıqlamaq istəyənlər kartof və qarğıdalıdan imtina etməlidirlər


Amerikalı alimlər bildiriblər ki, qarğıdalı, noxud və kartof artıq çəkidən xilas olmağa kömək edir. Onlar eksperimentin 30 min iştirakçısının qidalanma gündəliyini təhlil ediblər.

SİVİL.AZ “Rosbalt” agentliyinə istinadla xəbər verir ki, eksperiment iştirakçıları bir neçə il ərzində yemək rasionlarının gündəliyini yazıblar. Məlum olub ki, insanın arıqlamasına məhz adı çəkilən tərəvəzlər imkan vermir, çünki onların tərkibində çoxlu nişasta var.

ABŞ-ın Skidmor Kollecinin diyetoloqları daha əvvəl bildiriblər ki, piylərin əriməsinə və əzələ kütləsinin yığılmasına kömək edən pəhriz zülal tərkibli olmalıdır. Yəni gün ərzində 4-5 dəfə yemək lazımdır və hər dəfə də rasionda 20 qram zülal olmalıdır.
Geri qayıt