Əsas Səhifə > Melange > Makiyajı silmədən yatsanız...

Makiyajı silmədən yatsanız...


23-04-2017, 01:00.
title}
Makiyajı silmədən yatsanız...


Makiyajı üzümüzdən silməsək, səhər başımıza nələr gələ bilər?

SİVİL.AZ Axar.az-a istinadla xəbər verir ki, əgər siz pudranı silmədən yatsanız, pudra hava keçirmədiyi üçün bütün günü üzünüzə yapışmış toz içində qalarsınız.

Göz karandaşını silmədən yatmaq isə gözlərin qap-qara olması ilə nəticələnər.

Pomadanını silmədən yatmaq, firmasından və qiymətindən asılı olmayaraq, dodaqlarda quruluq və zamanla çat yaradır.

Maskaranı silmədən yatmaq isə kirpiklərin bir-birinə yapışmasına, zamanla qırılmasına və seyrəlməsinə gətirib çıxarır.

Makiyajınızı su ilə yumaq yerinə xüsusi olaraq makiyaj silmək üçün vasitələrlə təmizləmək məsləhət görülür.
Geri qayıt