Əsas Səhifə > Melange > Qaraciyərin piylənməsinə qarşı

Qaraciyərin piylənməsinə qarşı


24-04-2017, 00:00.
title}
Qaraciyərin piylənməsinə qarşı


Şirin yemək və mayelərdən uzaq durun: Kremdən mayonezə qədər, paxlava və şirniyyatlardan mayeyə qədər bir çox məhsulun tərkibində qlükoza, fruktoza və ya qarğıdalı siropu kimi dadlandırıcılar var. Halbuki araşdırmalar bu dadlandırıcıları ehtiva edən qida və mayelərin köklüyə təkan verdiyini, insulin müqaviməti yaratdığını, piylənməni daha da ağırlaşdığını əmələ gətirir.

SİVİL.AZ Axar.az-a istinadən bildirir ki, hər gün ən az 45 dəqiqə yeriyin: Xüsusilə günboyu oturaraq rejimdə işləyirsinizsə, gün ərzində mütləq hərəkət edin. Hər gün ən az 45 dəqiqə nizamlı və templi yeriməyə çox diqqət göstərin. Nizamlı, templi piyada gəzintisi piylənmənin əhəmiyyətli dərəcədə zəifləməsinə yardımçı olur. Yerimək qaraciyərin piylənməsində mühüm bir mexanizm olan insulin müqavimətinin azalmasını təmin edir.

Süfrədən doymadan qalxın: İştah açan və dadlı yeməklərə qarşı iradə göstərmək həqiqətən çətin olacaq. Ancaq bir dəfədən bir şey olmaz, deyərək qarnınızı doldurmaq əvəzinə, istər evdə, istərsə də başqa yerdə süfrədən doymadan qalxın.

Mövsümi tərəvəzlər yeyin: Sağlam və balanslı qidalanmaqla qaraciyər yağlanmasını azaltmaq mümkündür. Qırmızı ətdən zəif, balıq əti, göyərti və meyvədən zəngin, taxıl və süd məhsullarını əhatə edən qidalanmadan faydalanın. Heyvani yağlardan, işlənmiş ət məhsullarından, həddindən artıq karbohidratdan uzaq durun. Meyvələri mütləq həddi aşmadan istehlak edin.
Geri qayıt