Əsas Səhifə > Melange > Uşaqların pulsuz oftalmoloji müayinəsi aparılıb

Uşaqların pulsuz oftalmoloji müayinəsi aparılıb


24-04-2017, 11:50.
title}
Uşaqların pulsuz oftalmoloji müayinəsi aparılıb


Əhalinin sağlamlığının qorunması məqsədilə Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) tərəfindən mütəmadi keçirilən aksiyalardan biri çərçivəsində uşaqların pulsuz oftalmoloji müayinəsi aparılıb.

SİVİL.AZ xəbər verir ki, RMDM-dən bildiriblər ki, aksiyanın keçirilməsində əsas məqsəd uşaqların erkən yaşda göz sağlamlığının qorunmasını təmin etmək və bu istiqamətdə onlara dəstək verməkdir.

"Xəzər Qayğıkeşlik Layihəsi" Humanitar İctimai Birliyi ilə birgə baş tutan aksiyada RMDM-in oftalmologiya şöbəsinin həkim-oftalmoloqu Qəmər Əliyeva tərəfindən bir qrup uşaq oftalmoloji müayinədən keçib. Çəpgözlük problemi olan uşaqlar əməliyyat olunublar.
Geri qayıt